10 İllik Təcrübə ilə Etibarlı Tərəfdaşınız

Evinizin və Obyektinizin İstiliyi
Bizə Əmanətdir!

Kombi, pətək yuyulması və mürəkkəb sənaye qazanxanalarının peşəkar təmiri. 90% hazır ehtiyat hissələri ilə yerindəcə təmir və 3-6 aylıq rəsmi zəmanət.

Əsas Xidmətlərimiz

Kombi Təmiri və Servisi

Qaz, elektrik və yoğuşmalı (kondensasiyalı) kombilərin təmiri. Peşəkar plata (elektronika) ustası vasitəsilə detalların bərpası.

  • 90% ehtiyat hissəsi ilə gələrək yerində təmir.
  • Elektron plataların xüsusi avadanlıqla bərpası.
  • İllik texniki baxış və təzyiqin optimallaşdırılması.

Pətək və Kombi Yuyulması

Pətəklərin altı soyuq qalırsa və ya qaz xərci kəskin artıbsa, sistemin yuyulma vaxtıdır. Eviniz çirklənmədən 3 mərhələli təmizlik edirik.

  • Xüsusi Aparatla: Yüksək təzyiqlə ərpi sökürük.
  • Kimyəvi Dərmanla: Borulara zərər vermədən yuyulma.
  • Qoruyucu Antifriz: Sistemə korroziya əleyhinə istilik mayesi vurulması (20-30% qaza qənaət).
Böyük Obyektlər Üçün

Sənaye Qazanxanalarının Peşəkar Təmiri

Təhsil ocaqları, restoranlar və ticarət mərkəzləri üçün fasiləsiz istilik. Viessmann, Alarko, Baymak, Immergas və digər brendlərin qazan sistemlərinə texniki qulluq.

Forsunka və Juklor

Yanma kamerasının təmizlənməsi və yanacağın tam yanmasının təmini.

Dəqiq Qaz Tənzimlənməsi

Təhlükəsizliyin təmini və qaz sərfiyyatının optimallaşdırılması.

Qazanxana təmiri
7/24 Qəza Xidməti

Kombi Ustası Çağırmazdan Əvvəl Yoxlayın

Bəzi kiçik problemləri usta gəlmədən özünüz də həll edə bilərsiniz.

Problem: Bar göstəricisi 1.0-dan aşağıdırsa, kombi işləməyəcək.

Həlli: Kombinin alt hissəsindəki doldurma kranını açaraq təzyiqi 1.5 bar səviyyəsinə gətirin. Sonra kranı mütləq bağlayın!
Kombilər bəzən ani gərginlik düşməsi və ya qaz kəsilməsi zamanı "beyin" tərəfindən kilidlənir. Cihazın üzərindəki "Reset" düyməsini 3-5 saniyə basılı saxlayın. Bu, sistemin yenidən başlamasına kömək edəcek.
Əgər kombi işləyir, amma pətəklərin aşağısı isti, yuxarısı soyuqdursa (və ya su şırıltısı gəlirsə), problem sistemdəki havadır. Pətəyin küncündəki hava alma yerindən (mayevski kranı) açar vasitəsilə havasını çıxarın.
Azərbaycanda elektrik gərginliyinin oynaması kombi beyinlərinin (plata) yanmasının 1 nömrəli səbəbidir. Cihazı qorumaq üçün mütləq keyfiyyətli gərginlik tənzimləyicisi (stabilizator) istifadə edin.

- <strong>Qaz/Elektrik:</strong> Evdə qazın/işığın olduğunu və kombi kranlarının açıq olduğunu yoxlayın.

- <strong>Baca:</strong> Küləkli/qarlı havada bacanın ağzında maneə olmadığından əmin olun.

- <strong>Qış Rejimi:</strong> Cihazın yay deyil, Qış (radiyator) rejimində olduğuna diqqət edin.

Vacib Qeyd: Əgər yuxarıdakı addımları etdikdən sonra problem davam edirsə, bu plata, sensor və ya nasos xətası ola bilər. Cihaza özünüz müdaxilə etməyin, dərhal ustaya zəng edin!

Nə axtarırsınız?